Antiterror əməliyyatından sonra separatçıların “döyüş bayraqları” yandırılıbmış- DETALLAR

Antiterror əməliyyatından sonra separatçıların “döyüş bayraqları” yandırılıbmış- DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin antiterror əməliyyatlarından sonra Qarabağda bəzi baş vermiş hadisələrin detalları üzə çıxıb.

Tribuna.az xəbər verir ki, bu hadisələrin üsütünü isə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan açıb.

O bildirib ki, antiterror əməliyyatından sonra Qarabağdakı qondarma “müdafiə ordusu”nun “döyüş bayraqları yandırılıb. Abramyan bildirib ki, həmin “bayraq”ların hansı şəraitdə yandırılması barədə məlumatı yoxdur. “ “Qarabağ “müdafiə ordusu”nun döyüş bayraqları kimin əmri ilə yandırılıb? Onları yandırmaq məğlubiyyət, hərbi ləyaqətdən imtina deməkdir. Kamo Vardanyan buna aydınlıq gətirməlidir”.

Bəzi məlumatlara görə, həmin “bayraqlar” əməliyyatdan sonra Azərbaycan hərbçiləri tərəfindən toplanılıb. Daha sonra isə nümayişkaranə şəkildə yandırılıb.

Fərda Uğur