İrandakı anti-Azərbaycan qrupu yenidən fəallaşmağa başlayıb.
Tribuna.az xəbər verir ki, son iki həftə ərzində qruplaşmanın üzvləri mütəmadi olaraq ölkəmiz əleyhinə çıxışlar ediblər.
Dünən həmin qruplaşmanın əsas fiqurlarından biri olan Ehsan Movəhhediyan daha bir böhtan çıxışı ilə diqqət mərkəzinə gəlib. O iddia edib ki, guya, Azərbaycan tərəfi 12 günlük müharibə zamanı Təbrizə qoşun göndərməklə bağlı çağırışlar edib. “12 günlük müharibə və etirazlar zamanı Azərbaycan rəsmiləri Təbrizə ordu göndərilməsindən danışıb. Həmçinin rəsmilər İranın ali rəhbəri Əli Xameneyinin istefa verməli olduğunu deyiblər”.
Lakin bununla kifayətlənməyən “ekspert” israilli professor və məşhur politoloq Brenda Şefferin də adını çəkərək, ona “İranın parçalanmasını təşviq edir” ittihamını irəli sürüb. Ardından isə daha bir böhtanı dillinə gətirib. “Onu maliyyələşdirən isə SOCAR-dır”.
Fərda Uğur









