Anasını öldürən oğula cinayət işi açılıb

Anasını öldürən oğula cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda qadının oğlu tərəfindən öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Tribuna.az xəbər verir ki, bu barədə Ağdaş rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.