Nərimanov Tibb Mərkəzinə yeni direktor təyinatı olub.
Tribuna.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Quliyeva Təranə Əmirxan qızı təyin olunub.
Qeyd edək ki, T.Quliyeva bu təyinatadək Şağan Reabiltasiya Pansionatının direktoru vəzifəsində çalışıb.









