İnsan haqları müdafiəçisi Robert Amsterdam jurnalistlərə bildirib ki, “Bu günahsız insanlar hərbi məhkəmə tərəfindən mühakimə olunublar ki, bu da tamamilə qanuna ziddir. Bu, dəhşətlidir”.
Tribuna.az məlumat verir ki, Amsterdam Bakıda həbsdə olan erməni hərbi caniləri nəzərdə tutub.
O, Bakıda saxlanılan ermənilərin məhkəmələrini pisləyərək, onları “beynəlxalq hüququn kobud şəkildə pozulması kimi xarakterizə edib” və ABŞ-ı regionda diplomatik görüşlər zamanı bu məsələni yüksək səviyyədə qaldırmağa çağırıb.
Amsterdam hazırda regionda olan ABŞ vitse-prezidenti Vensin yaxın günlərdə bu məsələni qaldıracağına ümid etdiyini bildirib.
Həsən Ağa









