“İranla atəşkəs müvəqqəti fasilədir”.
Tribuna.az xəbər verir ki, bunu ABŞ Qərargah Rəisləri Birliyinin rəhbəri Den Keyn deyib.
Onun sözlərinə görə, ABŞ qoşunları əməliyyatları bərpa etmək üçün hazır vəziyyətdə qalır.
Bu əsnada, ABŞ Yaxın Şərqə əlavə qüvvələrin gətirilməsi prosesinə davam edir. Dünən bölgəyə gətirilən qüvvələrdən sonra ABŞ quru qoşunlarının əsgəri sayı 50 min nəfərə çatıb.
Fərda Uğur









