“Alliance Trade”nin vergi borcu 2,1 milyonu keçdi

“Alliance Trade”nin vergi borcu 2,1 milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alliance Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə milyonlarla vergi borcu yaranıb.

Tribuna.az xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 2.138.969,9 AZN-nə çatıb.
Qeyd edək ki, hüquqi ünvanı Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 17, m 27A ünvanında yerləşən, nizamnamə kapitalı 20 manat olan MMC-nin  qanuni təmsilçisi İbadova Şəfaqət Allahquli qızıdır.