Akif Əlizadə işdən çıxarıldı

Akif Əlizadə işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb.
 Tribuna.az xəbər verir ki,  APA-ya istinadən məlumatına görə, akademikin fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib.
Eyni zamanda, bu gün direktor müavini təyin olunan Elçin Vəliyev Geologiya İnstitutunun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.