Ermənistandakı Aİ Monitorinq Missiyasının rəhbəri Markus Ritter bildirib ki, onlar Azərbaycanla sərhəddə müşahidələrinə davam edirlər.
Tribuna.az bildirir ki, o, sülh sazişindən sonra da sərhəddimizdə müşahidə aparacaqlarını deyib.
Ritter “Sülh müqaviləsi imzalanıb təsdiqləndikdə artıq sərhəddə bizə ehtiyac olmayacaq. Amma sərhəd icmalarına baş çəkməyə davam edəcəyik. İşlərimizi davam etdirmək, sərhəd icmalarına səfərlər etmək barədə qarşılıqlı razılıq var” deyə bildirib.
Onu da bildirək ki, yaxın günlərdə Markus Ritterin missiyası başa çatır. Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının yeni rəhbərinin kim olacağı hələlik məlum deyil.
Xatırladaq ki, Azərbaycan tərəfi bu missiyaya qarşıdır. Rəsmi Bakı bəyan edir ki, onlar müşahidəçi deyil, kəşfiyyatçıdırlar. Həmçinin onların məqsədi Azərbaycanla bağlı kəşfiyyat məlumatı toplamaqdır.
Fərda Uğur









