Ağzını, əlini və ayaqlarını “skoç”la bağladı – Dəhşətli qətlin təfərrüatları

Ağzını, əlini və ayaqlarını “skoç”la bağladı – Dəhşətli qətlin təfərrüatları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusarda dəhşətli qətl baş verib. Aldadılaraq başqa evə çağırılan qadın orada öldürülüb.

Tribuna.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Qusarın Hil kəndində baş verib. Kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti evdə tapılıb. Onun qətlində ayrı yaşadığı həyat yoldaşı, 35 yaşlı Asif Təyibov şübhəli bilinir.

Mərhumun qohumlarının iddialarına görə, Asif Təyibov ondan boşanmaq istəyən həyat yoldaşını ayrı kirayə ev tutaraq orada yaşayacaqları vədi ilə aldadıb. Qadını da həmin evə çağırıb. Hadisə də orada baş verib.

Faktla bağlı Qusar prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Asif Təyibov şübhəli şəxs qismində tutulub, ibtidai istintaq davam etdirilir.

Məlumata görə, onlar rəsmi şəkildə boşanmayıblar, lakin qadın iki ildir ayrı yaşayırmış.

Tribuna.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.