Ağsuda yolları Saleh Məmmədova bağlı şirkət çəkəcək

Ağsuda yolları Saleh Məmmədova bağlı şirkət çəkəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu rayon İcra Hakimiyyəti tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, həmin müsabiqəyə əsasən Ağsu şəhərində daxili avtomobil yollarının əsaslı təmir işləri həyata keçiriləcək.

Məlumatda bildirilir ki, tenderin qalibi “ATF” MMC olub. Şirkətlə işlərin görülməsi üçün 582 min 187 manat dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, “ATF” MMC şirkətinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Salerh Məmmədova yaxın olduğu deyilir. Hətta açıq mənbələrdə bununla bağlı çoxlu sayda məlumatlar vardır.

Fərda Uğur