Ağstafa icra başçısı Tribuna.az-ın xəbərinə reaksiya verdi

Ağstafa icra başçısı Tribuna.az-ın xəbərinə reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 May 2026-cı il tarixdə, “www.tribuna.az” saytında “Azərişıq” Xocalıdakı tenderi icra başçısının qohumuna verib” başlığı ilə dərc etdiyiniz məqalədə sözügedən şəxslərlə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun hər hansı bir qohumluq dərəcəsinin olmamasını diqqətinizə çatdırırıq. Bildirirk ki, bu yazı qərəzli yanaşma əsasında hazırlanmış böhtan xarakterli məlumatdır və ictimaiyyətdə yanlış rəy formalaşdırmağa yönəlmişdir.
Sizə kütləvi informasiya vasitələrini və sosial media platformalarını rəsmi mövqeni dəqiqləşdirmədən əsassız məlumatların yayılmasından çəkinməyə və peşəkar jurnalistika prinsiplərinə riayət edərək sözü gedən yazının redaktə edilməsini tövsiyə edirik.
Bir daha bildiriri ki, dövlət orqanlarının fəaliyyəti ilə bağlı təsdiqlənməmiş və böhtan xarakterli bu cür məlumatların yayılması qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.

Ağstafa Rayon İcra Hakimiyyəti