İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni layihəyə start verir.
Tribuna.az xəbər verir ki, bununla bağlı elan edilmiş tender artıq yekunlaşıb.
Məlumatda bildirilir ki, Agentlik icbari tibbi sığorta ilə xidmət alan vətəndaşların real həyat hekayələrindən bəhs edən layihəni icra edəcək. Yəni, onların başına gələnləri kitab və ya film halına salacaq.
Bununla bağlı “TAKE” MMC ilə satınalma müqaviləsi imzalanıb. Tenderin qalibi olmuş şirkətə bu işin müqabilində 23 min 170 manat ödəniləcək.
Qeyd edək ki, Agentlik bu məqsədlə 24 nəfərin həyat hekayəsini lentə alacaq. Daha sonra isə onları bir videokadrda cəmləşdirəcək.
Fərda Uğur









