Ağdamda ailənin 3 üzvü suda buna görə boğulub – Video

Ağdamda ailənin 3 üzvü suda buna görə boğulub – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda baş verən və eyni ailənin üç üzvünün həyatını itirməsi ilə nəticələnən faciənin təfərrüatı məlum olub.

Tribuna.az xəbər verir ki, bu barədə jurnalist Elçin Lənbəranski məlumat paylaşıb. Onun sözlərinə görə, ata və iki övladı su anbarında çimərkən deyil, onları xilas etməyə çalışarkən boğulublar.

Belə ki, beş nəfərdən ibarət ailə Ağdamın işğaldan azad edilmiş Xaçındərbənd kəndinə istirahətə gedib.
Ailə kənd ərazisində gəzərkən su anbarının yaxınlığında xatirə şəkli çəkdirmək qərarına gəlib. Bu zaman ailənin ən kiçik üzvü, 12 yaşlı Ülvi İsgəndərovun ayağı sürüşərək su anbarına düşüb.

Hadisəni görən ata övladını xilas etmək üçün dərhal özünü suya atıb. Ata və ana birlikdə 12 yaşlı Ülvini sudan çıxarmağa nail olublar. Ana və uşaq sahilə çıxsalar da, ata su anbarının lil olan hissəsinə bataraq köməksiz vəziyyətdə qalıb.

Bunu görən Tunar və Fidan atalarını xilas etmək üçün suya atılıblar. Lakin onlar da atalarını xilas etməyə çalışarkən boğulublar.
Ana ətrafdakılardan kömək istəsə də, nə atanı, nə də övladlarını sudan çıxarmaq mümkün olub.

Qeyd edək ki, hadisə vaxtı ata 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu, evin böyük oğlu 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov, qız 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərova dünyasını dəyişib.