Ağalar Allahyarovun şirkəti fəhlələrin pulunu niyə vermir? – “SMTS”in Ağdam “macəra”ları

Ağalar Allahyarovun şirkəti fəhlələrin pulunu niyə vermir? – “SMTS”in Ağdam “macəra”ları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edildikdən sonra tikinti meydançasına çevrilən Qarabağdan arzu olunmayan xəbərlər də gəlir.

Tribuna.az xəbər verir ki, son zamanlar bəzi tikinti şirkətləri haqqında ciddi şikayətlər eşidilir.
Bu şikayətlər sırasında bəzi şirkətlərin işçiləri işlətsə də, əmək haqlarını verməməsidir. Belə ki, onlardan biri də “SMTS” MMC-nin tərkibində fəaliyyət göstərən, Şahin Mehdiyevə məxsus “Taşeron-Azər Avro” tikinti şirkətidir. Verilən məlumatlara əsasən, sözügedən şirkət Ağdamda hörgü işləri görmüş bir qrup işçinin fevral ayından bəri əmək haqlarını ödəmir. Artıq 3 aydır davam edən problemin aradan qaldırılması üçün isə heç bir addım atılmır.
Tribuna.az-ın apardığı araşdırma zamanı məlum olub ki, 612 min 435 manat nizamnamə kapitalı olan “SMTS” MMC 14.03.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru Allahyarov Ağalar Məmmədağa oğludur. Şirkətin hüquqi ünvanı Şirvan şəhəri, M.Rəsulzadə küçəsidir. Allahyarov Ağalar Məmmədağa “SMTS CONSTRUCTİON” MMC adlı şirkətin də direktorudur.
Açıq mənbələrdə qeyd edilir ki, “SMTS” MMC Qarabağda keçirilən bir neçə bahalı tenderin qalibi olub. Məsələn, ötən ilin avqustunda Ağalar Allahyarovun şirkəti “Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 7 və 8-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”nin satın alınması ilə bağlı tenderin qalibi olub. Müqavilənin məbləği isə 26 milyon 13 min manat təşkil olunub.
Xatırladaq ki, Ağalar Allahyarov Bakıda 33 milyon manata “göyədələn” inşatı layihəsində də iştirakçı olub. Bununla bağlı onun meddiaya geniş açıqlamalar və müsahibələri də dəc edilib. Lakin həmin binanın inşasının başa çatıb, çatmadığı məlum deyil.
Qeyd edək ki, işçilər durumdan ciddi narazıdırlar. Onlar rəsmi qurumlardan köməklik istəyirlər.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur