Xalq artisti Ağadadaş Ağayevin sosial şəbəkələrdə yayılan yeni görüntüsü geniş müzakirələrə səbəb olub. Video qısa müddətdə 1 milyona yaxın baxış toplayaraq viral olub.
Tribuna.az xəbər verir ki, əyləncə məkanlarından birində çəkilən görüntülərdə sənətçinin növbəti dəfə əsəbləşdiyi anlar əks olunub.
Videodan Ağadadaş Ağayevin onun ifasını telefonla çəkən şəxsdən narazı olduğu görünür. Bu duruma əvvəlcə sərt baxışları ilə reaksiya verən sənətçi daha sonra əsəbləşərək əli ilə həmin şəxsə iki dəfə zərbə endirir.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi sənətçinin davranışını qınayıb, digərləri geyiminin bir neçə ölçü kiçik olduğunu müzakirə edib.
Yazılan şərhlərdə “Bu zala girəndə camaat qorxmur ki, baltayla girər?”, “Baltanın qorxusundan bəyəndim”, “Baltadan sonra çox dəyişib vallah, bilinmədi də nə oldu, kişi birdən cumur camaata” kimi fikirlər səsləndirilib.
Qeyd edək ki, iki gün əvvəl də Xalq artistinin eyni məkanda çəkilən başqa videosu yayılmışdı. Həmin görüntülərdə onun səhnədə dinləyicilərə qışqıraraq sərt reaksiya verməsi diqqət çəkmişdi.
Lalə,BakuPost









