Son zamanlar Ermənistanda çoxlu sayda müxalifətçi həbs olunub.
Tribuna.az xəbər verir ki, bu həbslərin parlament seçkilərindən sonraya təsadüf etməsi məsələnin Rusiya ilə bağlı olduğu yanaşmasını gücləndirib.
Belə ki, həbs olunanların əksəriyyətinin Rusiyaya daha çox meyilli olması elə yerli mediadan da aydın görünürdü. Paşinyan hökuməti də qeyd edirdi ki, seçkiləri pozmaq üçün Kreml öz adamlarının imkanlarından istifadə etməyə çalışıb.
Ermənistanın İndoneziyadakı keçmiş səfiri Dzyunik Ağacanyan isə hesab edir ki, məsələnin Rusiya ilə yox, Azərbaycanla əlaqəsi var. Onun sözlərinə görə, məqsəd daha bir güzəştdən əvvəl rəqiblərin zərərsizləşdirilməısidir. “Yaxın günlərdə Azərbaycana edilmiş yeni güzəşt özünü büruzə verəcək”.
Fərda Uğur









