Ağ Ev İranda rejim dəyişliyi planını gündəmə gətirdi

Ağ Ev İranda rejim dəyişliyi planını gündəmə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran münaqişəsi fonunda Vaşinqton Tehranda rejim dəyişikliyi məsələsini gündəmdən çıxarmışdı.

Tribuna.az xəbər verir ki, Ağ Ev dünəndən etibarən bu məsələni müzakirəyə çıxarıb.

“Wall Street Journal” nəşri qeyd edib ki, İranda rejim dəyişikliyi ilə bağlı müzakirələr yenidən Tramp administrasiyasında müzakirə olunub. “Ağ Evdə belə bir fikir yaranıb ki, əgər təzyiqlər davamlı olarsa, İran rejim devriləcək”.

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın keçmiş siyasi müşaviri, strateq və tarixçi Edvard Luttfak isə Trampa müraciət edərək, bu məsələni tezləşdirməyi xahiş edib. “Tramp İranın Xark və Caskdan neft ixracını dayandırdığı anda qalib strategiya əldə etdi: qalan neft ixracatı lövbər salmış tankerlərdəndir və tezliklə tükənəcək. Neft gəlirləri olmadan keşikçilər  nə raket yanacağı, nə nüvə texnologiyası idxal edə, nə də milislərə pul ödəyə bilməzlər. Xahiş edirəm, artıq anlaşma memorandumlarına yox deyin. Rejim çökənə qədər qalib strategiyada davam edin”.

Bu əsnada İsrailin baş naziri Benyamin Netanyahu da İranda rejimin dəyişəcəyi açıqlamasını verib: “İran rejimini məhv edəcəyik. Artıq son nəfəsini verir. Mənim rəhbərliyim altında bütün sistemlərimiz bu rejimi devirmək üçün çalışır”.

Fərda Uğur