AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 16-cı turundakı mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
Tribuna.az xəbər verir ki, o, “Karvan-Yevlax” – “Neftçi” oyununda FİFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.
R.Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını vurğulayıb.









