AFFA söyüş söydüyünə görə Sxadadzeni 4 oyunluq cəzalandırdı

AFFA söyüş söydüyünə görə Sxadadzeni 4 oyunluq cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadazeni cəzalandırıb.

Tribuna.az xəbər verir ki, buna səbəb gürcüstanlı mütəxəssisin Misli Premyer Liqasında 16-cı turunda “Qarabağ”la oyundakı davranışı olub.

Sxadadze hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya olunub, klubunu isə 10 min manat xərcə salıb.

Görüşdə heyətində 4 nəfər sarı vərəqə aldığından, “Qəbələ” 700 manat cərimə ilə üzləşib. Bundan başqa, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 5000 manat cərimələnib.