Sosial şəbəkələrdə yayılan görüntülərdə Tbilisi Dəmir Yolu Vağzalında bilet tapa bilməyən sərnişinlərin narazılığı əks olunub.
Tribuna.az xəbər verir ki, bir qrup Azərbaycan vətəndaşı günlərdir vağzalda gecələməyə məcbur qaldıqlarını və ADY-nin kassalarının bağlı olduğunu iddia edib.
İddialara görə, Tbilisi istiqamətində artan sərnişin axınına baxmayaraq, əlavə vaqonlar qoşulmur. Onların sözlərinə görə, biletlər qısa müddət ərzində hansısa səbəblərdən tükənir və yeni bilet əldə etmək mümkün olmur.
Məsələ ilə bağlı ADY-nin mövqeyi hələlik məlum deyil.









