Professor Adil Qeybulla Şəki Ensiklopediya rəhbərliyinə adının ensiklopediyadan çıxarılması üçün müraciət edib.
Tribuna.az xəbər verir ki, bu barədə Adil Qeybulla öz səhifəsində yazıb.
Professorun müraciətini təqdim edirik:
“Gələn ilin birinci yarısında nəşr edilməsi planlaşdırılan Şəki Ensiklopediyasında yer alacaq şəxslərin sırasından adımın çıxarılmasını tələb edirəm.
Dəyərli yurddaşlarımın bunu anlayışla qarşılamalarını arzu edərdim. Həmin kitabda poz verən bəzi apologetlərlə adımın hallanmasını qətiyyən istəmirəm. Geci və tezi tarix hər kəsi öz yerinə qoyacaq, bəzilərini rektala evakuasiya edənə qədər”.
Gülşən Rəsul









