Bir neçə il əvvəl Müdafiə Nazirliyinin tenderlərinin qalibi kimi tanınan “Avto Qarant” Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb.
Tribuna.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 55.741,75 AZN təşkil edir.
Qeyd edək ki, 2023-cü ildə sözügedən şirkətin adı Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı məhkəmə işində hallanırdı. “Avto Qarant”ın qanuni təmsilçisi Abdullayev Vilayət Mustafa oğlu olsa da, o, məhkəmə işində bildirib ki, MMC-də fəhlə kimi çalışıb, formal olaraq isə direktor olub. Şirkətin əsl sahibi İslam Rzayev olub. Onun ölümündən sonra şirkəti oğlu Allahverdi Rzayev idarə edib.









