Türkiyəli aktyor Alp Balkan vəfat edib.
Tribuna.az kult.az-a istinadla xəbər verir ki, aktyor ötən gün 56 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, A.Balkan “Məhəllənin muxtarları” (Mahallenin muhtarları) serialında canlandırdığı Bahadır obrazı ilə tanınıb. Aktyor “Yusif üzlü”, “Bəlalı baldız”, “Dəvətsiz qonaq” kimi ekran işlərində çəkilib.
Vəfatından bir gün əvvəl Balkan ad gününü qeyd etmişdi.









