Açıq sualların cavabı 7 həftəyə çıxacaq: “Süni intellekt dövründə DİM geri gedir” – Ekspert

Açıq sualların cavabı 7 həftəyə çıxacaq: “Süni intellekt dövründə DİM geri gedir” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 15-də keçirilmiş buraxılış imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulub.

Tribuna.az-a bunula bağlı danışan təhsil eksperti Ramin Nuralıyev buildirib ki, Dövlət İmtahan Mərkəzi əvvəllər bu cür açıq tipli sualların cavabını 4 həftəyə elan edirdi.Ekspert bildirib ki, cavabların 7 həftəyə açıqlanması anlaşılan deyil:

“Əvvəlki illərdə Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı nəticələrini 4 həftəyə elan edərdi. Bu ilin buraxılış imtahanları üçün bu tarix 7 həftəyə qaldırıldı. Niyə görəsən?
4 həftə bəs etmirmi?
Marker qıtlığı var?
Yoxsa imtahanlar çətin oldu deyə yoxlama prosesi çətinləşdi?
Yüksək texnologiya və süni intellekt dövründə nəticələrin elan olunması daha qısa müddətdə verilməlidir deyə düşünürəm.
DİM son zamanlar irəliyə getmək yerinə geriyə gedir”.

Nigar İxtiyarqızı