“Accessbank”dan kredit götürənlərə XƏBƏRDARLIQ

“Accessbank”dan kredit götürənlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Accessbank”ın kredit götürənləri ödəniləcək faiz miqdarında aldatdığı iddia olunub.

Tribuna.az xəbər verir ki, bu barədə sözügedən bank müştərisi Elnarə Bəylərova-Balayeva Feysbukun şikayət səhifələrində yazıb. O bildirib ki, kredit götürərkən daha aşağı faizlə verilir, ödəniş edərkən isə faiz miqdarı qalxır:

“Şikayətim “Accessbank”dandır. 2024-cü ildə kredit götürmüşdüm bu bankdan. Kredit götürərkən 11.9 faizlə verildiyini dedilər. Götürdükdən sonra 21 faizlə hesablandığını proqramda gördüm. Dünən tamamilə krediti bağlamaq istədim. Məndən bundan sonraki iki ayın faizini istədilər.
1 il tez bağlayıram axı, niyə ödəməliyəm?. Dedilər, proses belədi, ödəməsəniz bağlaya bilməzsiniz.
Bu bankdan kredit götürərkən daha diqqətli olun”.

Xatırladaq ki, “Accessbank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri, bankın Baş Maliyyə İnzibatçısı Orxan İsmayılovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul