“TRIPP marşrutu (Zəngəzur dəhlizi) layihəsi İranın milli təhlükəsizliyi üçün ciddi risklər yaradır”.
Tribuna.az xəbər verir ki, bu fikirlər İranda nəşr olunan “Ettelat” qəzetində dərc edilmiş məqalədəndir.
Nəşr yazır ki, layihənin həyata keçirilməsi nəticəsində ABŞ faktiki olaraq İranın şimal-qərb sərhədlərində mövcudluq əldə edəcək. “İran-Ermənistan sərhədi boyunca uzanacaq layihə gələcəkdə ABŞ, NATO və İsrailin bölgədəki təsir imkanlarını artıraraq İranın təhlükəsizlik maraqlarına təhdid yarada bilər”.
Qəzet təklif edir ki, İran layihəyə qarşı açıq mövqe nümayiş etdirməlidir. “Sükut bu layihənin legitimləşdirilməsi və gələcək risklərin artması deməkdir”.
Tribuna.az









