ABŞ və İran arasında münasibətlər yenidən hərbi müstəviyə qədəm qoymağa başlayıb.
Tribuna.az xəbər verir ki, ötən gün tərəflər bir birilərinin hərbi obyektlərinə raket və aviazərbələr endiriblər.
İran XİN-i baş verənləri İsveçrədə imzalanmış memorandumun pozulması kimi qiymətləndirib. Vaşinqton isə İranı atəşkəsi pozmaqd günahlandırıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran Hörmüz boğazında gəmilərə hücumlarını dayandırmasa, onlara çox ağır zərbələr endirəcəklər.
Bu əsnada, İran hərbi mənbələri maraqlı məlumat paylaşıblar. Həmin məlumatlara görə, ABŞ yük təyyarələri son iki həftədə 20 min uçuş həyata keçirib. “Həmin təyyarələrlə əsasən Yaxın Şərqə və digər hərbi bazalara külli miqdarda silah daşınıb. Amerika tarixində ən böyük logistika əməliyyatı həyata keçirir”.
Mənbə qeyd edib ki, bu, ABŞ artıq yaxın gələcəyin məsələsi olan yeni bir müharibəyə hazırlaşmasının əlamətidir.
Fərda Uğur









