ABŞ və İsrail İranda hakimiyyəti dəyişmək üçün plan hazırlayıb.
Tribuna.az xəbər verir ki, bu məlumatı Təl Əvivdə yayınlanan “İsrail Hayom” qəzeti yayıb.
Məlumatda deyilir ki, ABŞ və İsrail İran hökumətini devirmək üçün variantları araşdırır. “Lakin onlar bunun üçün regionu və dünyanı bu prosesə hazırlamalıdırlar və bu, tədricən baş verəcək”.
Bu əsnada, ABŞ BMT-dəki nümayəndəsi Tommi Brus İranda liderləri dəyişiklik etməyə çağırıb. O deyib ki, İran liderlərinin ölkələrini dəyişdirmək üçün tarixi bir fürsəti var. “Diplomatiya qapısı açıq qalır və bu, bizim üstünlük verdiyimiz yoldur. Lakin ABŞ beynəlxalq sülhün pozulmasına görə İranı məsuliyyətə cəlb edəcək”.
Fərda Uğur









