ABŞ-İran danışıqlarının yeni mərhələsinin başlaması gözlənilir.
Tribuna.az xəbər verir ki, dünən İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu İran nümayəndə heyəti Dohaya gəlib.
Onlar Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani ilə ABŞ ilə mümkün razılaşma ilə bağlı məsləhətləşmələr aparacaqlar.
Bu əsnada o da məlum olub ki, İran Mərkəzi Bankının rəhbəri də danışqlar qrupuna daxildir. O, ABŞ nümayəndələri ilə sanksiya altında olan İran pullarının azad edilməsi məsələsini müzakirə edəcək.
Qeyd edəkj ki, ABŞ prezidenti Donald Tramp İranla danışıqların yaxşı məcrada davam etdiyini açıqlayıb. Lakin o, bəzi məsələlərdə anlaşmada problem olduğunu vurğulayıb: “ABŞ-İran sülh danışıqları uğurla davam edir. İranla bağlanan müqavilə ya böyük və mənalı bir müqavilə olacaq, ya da ümumiyyətlə heç bir müqavilə olmayacaq”.
SEPAH-a bağlı “Tasnim” Agentliyi isə xəbər yayıb ki, İran ABŞ-la danışıqları dayandıra bilər. Buna səbəb nüvə proqramı ilə bağlı Vaşinqtonin tələblərinin qəbuledilməz olmasını göstərib.
Tribuna.az xəbər verir ki, ABŞ-ın İsraildəki keçmiş səfiri Den Şapiro İranla danışıqlar məsələsində ABŞ-ı tənqid edib. “Trampın razılaşmağa məcbur olduğu İranla bağlanan müqavilə zəif olsa da, davam edən hərbi əməliyyatlar da daxil olmaqla, bir neçə mümkün variant arasında Tramp üçün ən az pis variantdır”.
Fərda Uğur









