ABŞ və İran arasında keçiriləcək danışıqların detalları açıqlanıb

ABŞ və İran arasında keçiriləcək danışıqların detalları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın paytaxtı İslamabad şəhərində ABŞ və İran nümayəndələri arasında keçiriləcək danışıqların vaxtı dəqiqləşib.

Tribuna.az xəbər verir ki, Al Mayadeen telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, görüş əvvəlcədən planlaşdırıldığı kimi cümə günü deyil, 11 aprel – şənbə günü baş tutacaq.

Məlumatda bildirilir ki, İran nümayəndə heyətinə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr, parlament sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və XİN rəhbərinin müavini Məcid Təxt-Rəvançi daxil olacaq.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsə razılaşdığını açıqlayıb. Onun sözlərinə görə, Vaşinqtonİran uzunmüddətli sülh razılaşmasına yaxınlaşır.

Xatırladaq ki, martın 21-də Rusiya prezidenti Vladimir Putin İranın ali lideri Müctəba Xamenei və ölkə prezidenti Məsud Pezeşkian ünvanladığı müraciətdə İran xalqına çətin sınaqlardan layiqincə çıxmağı arzulayıb.

İmran Kərimli