ABŞ hökuməti Ukrayna üçün də “Sülh Şurası” yaratmaq fikrindədir.
Tribuna.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Nəşr bildirir ki, onun vəzifəsi gələcək sülh planının həyata keçirilməsini təmin etmək və ona riayət olunmasını izləməkdir.
Qeyd olunur ki, “Sülh Şurası” Amerika liderinin vasitəçiliyi ilə razılaşdırılmış Qəzza zolağı üçün sülh planının bir hissəsidir. Trampın özünün rəhbərlik edəcəyi bu qurum Fələstin anklavının gələcək administrasiyasını əlaqələndirməlidir.
Fərda Uğur









