Rusiyanın guya ABŞ-a təklif etdiyi “ən böyük sövdələşmənin” ən maraqlı məqamlarından biri Berinq boğazının altında tunelin tikintisi olub.
Tribuna.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu layihə təkcə Rusiya və ABŞ deyil, digər ölkələrə də xeyir verəcək.
Bununla belə, uduzanlar da olacaq və yəqin ki, Avropa İttifaqı da onlardan biri olacaq. Bəs belə planların real gələcəyi varmı?
Bu suala Lenta.ru-ya müsahibə verən iqtisadçılar cavab verib.
Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Pavel Sevostyanovun sözlərinə görə, amerikalı iş adamları çox güman ki, “ən böyük sövdələşmənin” Arktikanın neft və qazının, eləcə də nadir torpaq metallarının satışına aid olan hissəsi ilə maraqlanacaqlar.
Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin İqtisadiyyat nəzəriyyəsi kafedrasının dosenti Yekaterina Novikova da bu fikirlə razılaşıb. O qeyd edib ki, strateji təbii sərvətlər uğrunda qlobal döyüş artıq kəskinləşib və diqqət Arktika regionuna yönəlib. Xüsusilə bu, ABŞ-ın dünyada nadir metalların səkkizinci ən böyük ehtiyatına sahib olan Qrenlandiyaya marağını izah edir.
Dəniz Pənahova









