“ABŞ-nin xüsusi nümayəndəsi Rza Pəhləvi ilə gizli görüş keçirib”

“ABŞ-nin xüsusi nümayəndəsi Rza Pəhləvi ilə gizli görüş keçirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof ötən həftəsonu İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi ilə gizli görüş keçirib.

Tribuna.az xəbər verir ki, bununla bağlı, “Axios” portalı məlumat yayıb.

Görüşdə əsas müzakirə mövzusu İranda davam edən genişmiqyaslı hakimiyyət əleyhinə etirazlar və ölkədəki mövcud siyasi vəziyyət olub.

Danışıqların detalları açıqlanmasa da, görüşün məxfi xarakter daşıdığı bildirilir.

Mənbələr qeyd edir ki, bu səviyyədə təmas Vaşinqtonun İrandakı proseslərə təsir göstərmək üçün alternativ ssenariləri nəzərdən keçirdiyini göstərə bilər. Bu ssenarilər sırasında İslam Respublikasına qarşı mövqe tutan müxalif fiqurlar və köhnə siyasi elitanın mümkün rolu da istisna edilmir. (Iranintl)

Xatırladaq ki, Rza Pəhləvi 1979-cu ildə İslam inqilabı nəticəsində devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğludur və uzun illərdir ABŞ-də yaşayır.

Dəniz Pənahova