ABŞ-nin İrana zərbələr zamanı istifadə etdiyi TAKTİKA AÇIQLANDI

ABŞ-nin İrana zərbələr zamanı istifadə etdiyi TAKTİKA AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN telekanalının jurnalisti Cim Syutto yüksək rütbəli amerikalı rəsmisyə istinadən İrana endirilən zərbələr zamanı ABŞ-nin tətbiq etdiyi taktikanı açıqlayıb.

Tribuna.az xəbər verir ki, müvafiq məlumat jurnalistin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Mənbənin verdiyi məlumata görə, Vaşinqton aralıq mərhələləri olan və gücünə görə bir-birini üstələyən silsilə zərbələr planlaşdırıb.

“Hər dalğa qruplaşma və dəymiş ziyanın qiymətləndirilməsi üçün fasilələr verilməklə bir-iki gün davam edəcək”, – deyə o yazıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında İsrail ABŞ ilə birlikdə İrandakı obyektlərə zərbələr endirib. Cavab olaraq İran İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Sənan Məmmədli