ABŞ və İran arasında danışıqların baş tutmaması Vaşinqtonun qəzəbinə səbəb olub.
Tribuna.az xəbər verir ki, tərəflərin verdiyi açıqlamalar müharibənin uzaqda olmadığını deməyə əsas verir.
Belə ki, ABŞ prezidenti Donald Tramp artıq səbrinin tükəndiyini qeyd: “İrana qarşı səbrim tükənib. Onları bir daha Vaşinqtonla razılığa gəlməyə çağırıram”.
“Axios” saytı isə yazıb ki, ABŞ prezidenti Donald Trampın Çinə səfərindən sonra İrana qarşı daha sərt tədbirlər gündəmə gələ bilər. “Nəzərdən keçirilən variantlardan biri ABŞ Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə Hörmüz boğazından gəmilərin keçidini təmin etməyə yönəlmiş “Azadlıq Layihəsi” əməliyyatının bərpasıdır. Bundan əlavə, ABŞ-nin İran infrastrukturuna qarşı yeni hava hücumları kampaniyaları ehtimalını da araşdırdığı bildirilir”.
Təl Əvivdə nəşr olunan “Epoch” qəzeti isə İsrailin də müharibə hazırlığı içində oldğunu qeyd edib. Belə ki, İsrailin müdafiə naziri İsrail Katz deyib ki, onların İrandakı missiyası hələ bitməyib. “Savaş davam etməlidir ki, İran artıq İsrail, ABŞ və azad dünya üçün gələcək nəsillər üçün mövcudluq təhlükəsi yaratmasın”.
Fərda Uğur









