ABŞ-la İran arasında razılaşdırılmış iki həftəlik atəşkəsi müddətinin bir hissəsi artıq başa çatıb.
Tribuna.az xəbər verir ki, bu ərəfədə İslamabadda keçirilən görüşün nəticəsiz qalması da artıq məlumdur.
Bəzi məlumatlara görə, yaxın iki gündə Pakistanda danışıqların yeni raundu keçiriləcək. ABŞ perzidenti Donald Tramp da buna işarə edərək, “iki günə bir şeylər olacaq” deyib.
Paralel olaraq, ABŞ-İran danışıqlarının Cenevrə, Ankara və ya Qahirə şəhərlərindən birində keçiriləcəyi barədə də məlumatlar dolaşır. Lakin bu məsələ hələlik konkret olaraq təsdiqlənmir.
Bu əsnada, İran tərəfi atəşkəsin uzadılmasının əleyhinə çıxış edib. Belə ki, İran Parlamentinin milli təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi bəyan edib ki, atəşkəsin uzadılması olmayacaq. “Ya Hörmüz boğazının İran tərəfindən idarə olunmasını qəbul etməli, ya da müharibəyə qayıtmalısınız. Atəşkəs düşmən üçün yenidən hazırlaşma və silahlanması üçün bir fürsətə çevrilməməlidir”.
Fərda Uğur









