ABŞ-İran gərginliyi fonunda Vaşinqton Tehranla danışıq aparmaqdan imtina etmədiyini bəyan edib.
Tribuna.az xəbər verir ki, artıq İran da ABŞ-la danışıqlara başlamaq üçün müvafiq tapşırıq verib.
Lakin bu danışıqlarda tərəflərin tələblərinin nədən ibarət olduğu bir müddət idi ki, məlum deyildi. Ötən gün Trampın Kəşfiyyat və Təhlükəsizlik Qrupunun Qərargah rəisinin müavini Bijən Kian İranla danışıqlar üçün ABŞ-nin yeni şərtlərini açıqlayıb. Həmiş şərtlər isə aşağıdakılardır:
– Uranı zənginləşdirmə səviyyəsinin sıfıra endirilməsi
- Nətənz, Fordo və İsfahan nüvə obyektlərinin tamamilə bağlanması.
Avadanlığın məhv edilməsi: Qabaqcıl sentrifuqaların (IR-6 və daha yüksək) məhv edilməsi.
-Əlavə Protokola uyğun olaraq 24 saat, məhdudiyyətsiz yoxlamalar və daimi kameraların quraşdırılması.
-Hər hansı bir nüvə tədqiqat və inkişafının 15-20 il müddətinə dayandırılması
-2000 km-dən çox mənzilli raketlərin istehsalına qadağa.
- Raket ehtiyatların məhv edilməsi: Şahab-3 və Seccil kimi mövcud raketlərin məhv edilməsi.
- raket istehsalı fabriklərinin BMT tərəfindən yoxlanılmasına icazə verilməsi
-Proksi qüvvələrə və terrorçu qruplara maliyyə dəstəyini kəsmək
-Bütün siyasi məhbusların və etirazçıların azad edilməsi (2022-ci il etirazlarında həbs edilmiş rəhbərlər də daxil olmaqla)
-Müxalifət partiyalarının fəaliyyət göstərməsinə və azad seçkilər keçirməsinə icazə verilməsi
-İqtisadi açıqlığı insan hüquqlarının yaxşılaşdırılması ilə əlaqələndirmək.
Qeyd edək ki, İranın bu təklifləri qəbul etməsi inandırıcı deyil. Bu, molla rejiminin təkcə prinsiplərindən çəkilməsi yox, həm də siyasi iflası olar. Onlar indiyə qədər məhz bu parametrlər çərçivəsində başqa ölkələri təhdid altında saxlayıblar.
Fərda Uğur









