Dünən gecə və bu gün səhər saatlarında ABŞ aviasiyası İranın bir sıra obyektlərinə hücum təşkil edib.
Tribuna.az xəbər verir ki, axşam saatlarına Tehrana edilən hücumlara dair görüntülər yayılıb.
Bundan başqa, ABŞ aviasiyası İranın Qeşm limanına və Bəndər Abbasa raket zərbələri endirib. Həmçinin Minab və Bəndər-Həmir, Hörmüzqan əyalətinin Sirik bölgəsində 40 saniyə fasilə ilə altı partlayış baş verib.
İran isə bu səhər buna qarşılıq olaraq, Oman dənizindəki ABŞ hərbi gəmsinə razket atıb. Paralel olaraq BƏƏ-dəki ABŞ bazalarına PUA hücumları təşkil edib.
İsrail isə bəyan edib ki, bu hücumlarla onun heç bir əlaqəsi yoxdur.
Fərda Uğur









