ABŞ İranda 80 hədəfə ZƏRBƏ ENDİRDİ

ABŞ İranda 80 hədəfə ZƏRBƏ ENDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusu  Hörmüz boğazında İranın üç ticarət gəmisinə atəş açmasına cavab olaraq, İrandakı 80-dən çox hədəfə zərbə endirib.

Tribuna.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığından (Centcom) bildirilib.

Məlumata görə, ABŞ qüvvələri İranın hava hücumundan müdafiə sistemlərinə, komandanlıq və müşahidə şəbəkələrinə, sahil radar məntəqələrinə, gəmi əleyhinə raket imkanlarına və İslam İnqilabı Keşikçiləri Korpusunun Boğaz və ətrafındakı 60-dan çox kiçik qayığını vurub.