ABŞ İrana xəbərdarlıq edib: “İsrail liderlərinizə sui-qəsd edə bilər”

ABŞ İrana xəbərdarlıq edib: “İsrail liderlərinizə sui-qəsd edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İrana xəbərdarlıq edib.

Tribuna.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ İsrailin İran liderlərinə sui qəsd planı hazırladığı barədə bilgi ötürüb. Qeyd edilir ki, İsrailin hədəfə alacağı əsas İran rəsmiləri XİN başçısı Abbas Əraqçı və spiker Məhməmməd Baqer Qalibaf olacaq.

O da vurğulanır ki, Vaşinqton Hörmüz boğazının açılması və optimal danışıqlar aparan İran rəsmilərinin İsrail tərəfindən hədəfə alınacağından ciddi narahatdır. “Mənbələrə görə, ABŞ-ın xarici işlər naziri Abbas Əraqçi və Parlament sədri Məhəmməd Baqer Qalibafın sui-qəsdinə qarşı müxalifəti o qədər güclü idi ki, Tramp administrasiyası görünməmiş bir addım ataraq vasitəçilər vasitəsilə Tehranı bu rəsmiləri qorumaq üçün tədbirlər görməyə çağırıb”.

Fərda Uğur