ABŞ və İran arasında danışıqlar başlayandan bəri ən ciddi qarşıdurma yasanır. Tribuna.az xəbər verir ki, dünən Yaxın Şərq ölkələri də daxil olmaqla, İranda ciddi hücumlar diqqəti çəkib.
Belə ki, Mərkəzi Komandanlıq (CENTCOM) ABŞ və müttəfiq qüvvələrinin çoxsaylı İran ballistik raketlərini və dronlarını ələ keçirdiyini və Amerikanın itkisinin olmadığını bildirib.
Bu əsnada, Küveyt və Bəhreyni hədəf alan raketlərin hamısı uğursuz olub və ya vurulub. Hücumun SEPAH tərəfindən həyata keçirildiyi bildirilir.
Gün ərzində mülki gəmiləri təhdid edən üç İran dronu da məhv edilib. Cavab olaraq, Mərkəzi Komandanlıq (CENTCOM) Qeşm adasında İran hərbi quru idarəetmə məntəqəsinə zərbə endirib.
Qeyd edək ki, SEPAH ABŞ tərəfini İrana qarşı hücum etməkdə ittiham edib. Qurumun rəsmi sözçüsü Hüseyn Mohebbi bildirib ki, onlar hadisələri diqqətlə izləyirlər. “Biz hadisələrin istənilən inkişaf sennarilərə tam hazırıq. Düşmənin hərbi təcavüzə qayıtmaq cəhdi tamamilə fərqli əməliyyat yanaşmaları ilə qarşılanacaq”.
Xatırladaq ki, ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra bu, ən şiddətli hücum hadisəsi kimi qeyd edilir.
Fərda Uğur









