Son iki gündə İran tərəfi Hörmüz boğazında bir neçə gəmini vurması vəziyyəti müharibə həddinə gətirib.
Tribuna.az xəbər verir ki, üç gün öncə iki gəmini, dünən isə Qətər və Səudiyyə Ərəbistanına məxsus iki gəminin raketlə vurulması isə bardağı daşırıb.
Bu gün gecə saatlarında ABŞ aviasiyası İrana genişmiqyaslı hücumlar təşkil edib. Yaxın Şərqdəki ABŞ Hərbi Komandanlığı bəyan edib ki, bu hücumlar İranı cəzalandırmaq məqsədi daşıyıb. Əsas hədəflər isə havadan müdafiə sisteçləri, hərbi bazalar, raket bazaları və sahilyanı ərazilərdəki hücum katerləri olub.
CENTCOM-un açıqlamasına görə, səhərə qədər davam edən hücumlarda ümumilikdə 80 hədəf vurulub. Onlardan 60-ı SEPHA- məxsus sürət katerləri olub.
Bu əsnada, İran da adekvat cavab verib. Tehran İraq, Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarını hədəfə alıb. SEPAH-ın açıqlamasına görə, təkcə İraqda ABŞ-ıa aid olan 80 hədəf vurulub. Küveyt və Bəhreyn isə ordunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Ekspertlər bu hadisənin genişmiqyaslı hücumlarla müşahidə ediləcəyi və ya müharibəyə çevriləcəyini istisna edirlər. Onlar İranın Hörmüz boğazı ilə bağlı davranışlarının təhrikedici olduğunu düşünürlər. ABŞ-ın isə müharibəni indi deyil, payızda başlatmaq fikrində olduğunu hesablayırlar.
Fərda Uğur









