ABŞ-İran didişməsi: Cenevrədə nə baş verdi?

ABŞ-İran didişməsi: Cenevrədə nə baş verdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünən Cenevrədə ABŞ və İran arasında növbəti görüş baş tutub. Tribuna.az xəbər verir ki, həmin görüşün nəticəsi ilə bağlı ziddiyyətli xəbərlər yayılır.

Öncəliklə qeyd edək ki, görüş zamanı ABŞ İranla bağlı təkliflərini açıqlayıb. Həmin tələblərdən biri üç əsas nüvə obyektinin – Fordo, Nətənz və İsfahan nüvə obyektinin tamamilə bağlanmasıdır. Digər tələb isə bütün yığılmış zənginləşdirilmiş uranın ABŞ-yə köçürülməsidir. Bundan başqa, ABŞ İrandan Tehran Tədqiqat Reaktorunun saxlanılması istisna olmaqla, İranda uran zənginləşdirilməsinin tamamilə dayandırılmasını da istəyib. Bunun ardından isə sanksiyaların qismən yumuşaldılması prosesinə başlanacağı qeyd edilib.

İran XİN başçısı Abbas Əraqçı isə bildirib ki, yaxşı nəticə əldə ediblər. Hətta martın 2-də texniki heyətin bir araya gələcəyini bildirib.

Lakin İran və Qərb mediası bu nikbin açıqlamalara rəğmən, İranın tələbləri rədd etdiyini yazıb. Paralel olaraq, ABŞ nümayəndə heyətinin görüşü təcili tərk edərək, prosesi dayandırdıqlarını bəyan etdikləri bildirilir.

Əslində, baş verənlər ondan ibarətdir ki, İran tərəfinin açıqlamaları daha çox daxili publikaya hesablanıb. Onsuz da vəziyyəti ağır olan rejim bir də danışıqların uğursuz olduğunu açıqlamaqla, ölkə içində ciddi problemlə üzləşməli olacaq. Bu, təkcə siyasi deyil, daha çox iqtisadi problemləri əhatə edəcək. Məsələn, tümən devalivasiya edəcək, dollar bahalaşacaq, yeni bahalıq dalğası başlayacaq və sair.

ABŞ tərəfi isə bu danışıqların real nəticələrə gətirib çıxarmayacağını yaxşı bilir. İndiyə qədər əldə olunmuş razılaşmaların Tehran tərəfindən pozulduğunu da praktiki olaraq görüb. Bu səbəbdən də dünən Pentaqonda yüksək çinli hərbçilərin toplantısı keçirilib. Ardından isə ABŞ prezidenti Donald Trampın iştirakı ilə İrana hücum məsələsi müzakirə olunub.

Gedişat belə deməyə əsas verir ki, yaxın günlərdə ABŞ İrana zərbə endirə bilər.

Fərda Uğur