ABŞ və İran arasında yeni danışıqlar raundu iyunun əvvəlində baş tuta bilər.
Tribuna.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, görüşün İslamabadda keçiriləcəyi gözlənilir.
Bu əsnada İranın ABŞ-a göndərdiyi yeni təkliflərin nədən ibarət olduğu açıqlanıb. Tehtanın Vaşinqtondan tələblərindən biri Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasıdır. Bundan başqa, ABŞ qoşunlarının İran yaxınlığındakı bölgələrdən çıxarılması, təzminat ödənilməsi, sanksiyaların ləğv edilməsini və dondurulmuş vəsaitlərin sərbəst buraxılmasını və ABŞ-nin dəniz blokadasına son qoyması da tələb olunur.
Bununla belə, yüksək rütbəli bir İran rəsmisi Vaşinqtonun bəzi tələblərini yumşalda biləcəyinə işarə edib.
Fərda Uğur









