ABŞ-İran danışıqları: hansı razılaşma əldə olundu?

ABŞ-İran danışıqları: hansı razılaşma əldə olundu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə iki gün əvvəl təxirə salınmış görüş bərpa edilib.

Tribuna.az xəbər verir ki, dünən İran tərəfindən XİN başçısı Abbas Əraqçı və spiker Məhəmməd Baqer Qalibaf, ABŞ tərəfindən isə Trampın xüsusi nümayəndələri Vitkoff və Kuşner İsveçrədə bir araya gəliblər.

Qeyd edək ki, danışıqların əsas yerində İran tərəfi onu yarımçıq qoyublar. Zalı tərk edən İran nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın Tehranı hədələyən açıqlamasına etiraz ediblər. Nümayəndə heyətinin başçısı, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf isə bəyan edib ki, onlar ABŞ-ın təhdidlərindən çəkinmirlər. “Biz onlardan çəkinmirik. Əgər çox istəyirlərsə, İran ordusu yarımçıq qalmış prosesi davam etdirə və onlara daha bir dərs verməyə hazırdır”.

Rəsmi Tehran həmçinin Trampdan üzr istəməsini və Livanda atəşkəsin əldə edilməsini tələb edib.

Günün sonuna yaxın isə danışıqlar yenidən bvərpa olunub. Nətiəcədə, tərəflər Hörmüz boğazı ilə bağlı gərginliyə baxmayaraq, 60 günlük yol xəritəsini razılaşdırıblar.

Bundan başqa, Qətər və Pakistan İran və ABŞ-ın anlaşma memorandumunun icrasına nəzarət etmək üçün yüksək səviyyəli komitə yaratmaq, dərhal texniki danışıqlara başlamaq və 60 gün ərzində yekun razılığa gəlmək üçün yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər. İki vasitəçi həmçinin İsveçrədəki texniki danışıqların həftənin sonuna qədər davam edəcəyini açıqlayıblar.

Həmçinin yol xəritəsini müəyyənləşdirməklə yanaşı, tərəflər Livandakı münaqişələrə son qoymaq üçün bir mexanizm yaratmaq və ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün birbaşa əlaqə xətti yaratmaq barədə razılığa gəliblər.

Fərda Uğur