“ABŞ Hörmüzdə nəzarət mexanizmi yaradır” – Natiq Cəfərli

“ABŞ Hörmüzdə nəzarət mexanizmi yaradır” – Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli iyunun 15-də Hörmüz boğazı ilə bağlı yazdığı paylaşımını yenidən gündəmə gətirib.
Cəfərli həmin paylaşımında “Hörmüzdə İran-Oman (oxu – ABŞ) birgə nəzarət mexanizmi yaranacaq” fikrini səsləndirmişdi.

Tribuna.az yazır ki, iqtisadçının sözlərinə görə, həmin vaxt paylaşımının şərh bölməsində onun fikrinə etiraz edən və İranın belə bir addıma getməyəcəyini iddia edənlər olub.

Cəfərli son paylaşımında isə qeyd edib ki, dünən Hörmüzlə bağlı İran-Oman görüşü keçirilib və yeni marşrutun elan ediləcəyi, həmçinin bu marşrutun ABŞ-ın nəzarətində olacağı ilə bağlı razılıq əldə edilib:

“Bu proses ABŞ-ın qlobal strategiyasında dəyişiklikdən xəbər verir.
ABŞ artıq total nəzarət funksiyasından əl çəkib. Bu, bahadır, effektiv deyil. Ancaq logistik marşrutlara və təbii resurslara nəzarət etmək üçün çalışır. Artıq Venesuela, Panama kanalı, Zəngəzur koridoru kimi, sabah anlaşma olsa Rusiyanın təbii resurslarının birgə istismarı, İranla 300 mlrd. dollarlıq investisiya fondu həll olunsa, İranın resurslarına çıxış imkanı əldə edəcək”.

Cəfərli daha sonra əvvəlki tezisini təkrarlayıb:

“Dünya dəyişib, ABŞ artıq total nəzarət funksiyasını öz üzərindən atmaq istəyir, bahalı və lüzumsuz yanaşmanı, ‘nöqtə nəzarət’ strategiyası ilə əvəzləyir.

ABŞ-ın əsas hədəfi Avropa və Çini resurs və logistika baxımından təzyiq altında saxlamaqdır.
Hədəf Avropa və Çini resurs və logistika məngənəsinə salaraq öz maraqlarını təmin etməkdir və bu Trampla bağlı məsələ deyil. Tramp funksiyadır, bu strategiyanı həyata keçirmək üçün ‘dəli oğlan’ funksiyasıdır”.

Gülşən Rəsul