ABŞ Hindistanla Rusiya neftinə alternativi müzakirə edir

ABŞ Hindistanla Rusiya neftinə alternativi müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hindistanla Venesueladan neft tədarükü məsələsini fəal şəkildə müzakirə edir. Tribuna.az xəbər verir ki, bu barədə amerikalı xüsusi nümayəndə bildirib, məlumatı Reuters yayıb.

Onun sözlərinə görə, məqsəd Dehliyə enerji idxalını şaxələndirməyə kömək etmək və Rusiya xammalından asılılığı azaltmaqdır. Daha əvvəl ABŞ Hindistan mallarına tətbiq olunan tariflərin azaldılmasını Rusiya neftinin alışının ixtisarı ilə əlaqələndirmişdi.

Nümayəndə qeyd edib ki, ABŞ Energetika Nazirliyi ilə Hindistanın müvafiq qurumu arasında danışıqlar irəliləyir və ilkin qərarların yaxın vaxtlarda qəbul olunacağı gözlənilir.

ABŞ prezidenti Donald Tramp müvəqqəti razılaşma çərçivəsində Hindistan idxalına tarifləri 18 faizə endirməyə razılaşıb və Hindistanın Rusiya neftinin alışını azaltmaq vədindən sonra 25 faizlik rüsumu ləğv edib. Razılaşmanın apreldə qüvvəyə minməsi planlaşdırılır.

Rusiya xammalından mümkün imtinanı kompensasiya etmək üçün ABŞ alternativ kimi Venesuela neftinin tədarükünü təklif edib. Reuters-in məlumatına görə, artıq Hindistanın ən böyük dövlət və özəl neft emalı şirkətləri bu istiqamətdə sifarişlər yerləşdiriblər.

İmran Kərimli