ABŞ aviasiyası bu səhər İranın Bəndər Abbas şəhərində yerləşən SEPAH-ın hərbi hissəsinə raket zərbəsi endirib.
Tribuna.az İran mediasına istinadən xəbər verir ki, bu aviazərbələr facilə ilə nəticələnib.
Belə ki, SEPAH-ın Xatəmül Ənbiya Briqadasına məxsus olan hərbi hissədə xidmət edən 70 hərbçi həlak olub. Yüzlərlə yaralının olduğu deyilir.
Bunun ardından “Xatəmül Ənbiya” briqadasının komandanlığı ərazidəki bütün hərbi hissələrini yaxın şəhərlərə çəkib. Rəsmi qaynaqlar bildirir ki, bu addım əsgərlərin təhlükəsizliyi məqsədi ilə atılıb.
Tribuna.az bildirir ki, İran tərəfi də hücumlarını intensivləşdirib. Son 3 gündə Hörmüz boğazından keçən 6 gəmini vuran Tehran, dünən İordaniyadakı ABŞ-ın strateji mərkəzini də dağıdıb. Belə ki, İran 1500 km məsafədə yerləşən İordaniyada ABŞ ordusu və İordaniya hava qüvvələrinə xidmət göstərən operator mərkəzini və eyni zamanda xüsusi idarəetmə mərkəzinin dəqiqliklə vurub. Raket hədəfə dəyib. Bu mərkəz 3 ilə inşa edilmişdi.
Bu əsnada, ABŞ prezidenti Donald Tramp isə gələn həftə üçün İranla bağlı planlarını açıqlayıb: “Gələn həftə körpülərin növbəsi olacaq. Bütün İran elektrik stansiyalarını məhv edəcəyik”.
Fərda Uğur









