Konnektikut ştatından olan Demokrat senator Kris Merfi ABŞ-ın və İsrailin İranda başlatdığı hərbi kampaniyanı uduzduğunu elan edib.
Tribuna.az xəbər verir ki, bu haqda senator açıqlama yayıb. O, Prezident Trampın bir gün əvvəl xalqa ünvanladığı mesajı belə şərh edib: “Biz müharibəni uduzuruq”.
Senator bildirib ki, fakt budur ki, ABŞ nə İran raketlərini, nə dronlarını, nə də nüvə proqramını məhv edə bilir: “Tehran regionda, xüsusən də Hörmüz boğazını daim nəzarətdə saxladığı zaman böyük gücə malik olduğunu nümayiş etdirir”.
Həsən Ağa









